İranlı molla “Bəsic” hərəkatının Yer kürəsini əhatə edəcəyini dedi: “Bütün dünya “bəsici” olacaq” - FOTO

25
Noy
01:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın hökumət mollası xalqa divan tutan “Bəsic” hərəkatının Yer kürəsini əhatə edəcəyini arzu edən fikirlər səsləndirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

“Bəsici” mədəniyyəti bizim ölkədən başlandı və dünyaya yayıldı. Öncə bütün dünya “bəsici” olacaq və İmam Zaman (ə) zühur edəcək!”, - deyə İran prezidentinin qaynatası və eyni zamanda Məşhəd şəhərinin cümə imamı Əhməd Ələmülhuda bildirib.