Bakının Qaradağ rayonunda 17 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü Murad Maqsud oğlu Zərbəliyevin idarə etdiyi motosiklet hərəkətdə olan minik avtomobilinə çırpılıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.