İsmayıllıda üç ailənin yaşadığı ev külə döndü: Xəsarət alanlar var

7
İyl
10:18
thumb_down 0

İsmayıllıda üç ailənin yaşadığı beşotaqlı mənzil yanaraq külə dönüb.

"Report"un xəbər verir ki, hadisə Qalınçaq kəndində Bəhmən Rəcəb oğlu Bayramova məxsus beşotaqlı fərdi yaşayış evində qeydə alınıb.

Ev sahibi, 1959-cu il təvəllüdlü Bəhmən Rəcəb oğlu Bayramov və 1969-cu il təvəllüdlü Nəzakət Yaqub qızı Bayramova zəhərlənmə diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Bundan başqa, yanğın nəticəsində xırdabuynuzlu ev heyvanları və toyuq-cücə tələf olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.