Mərkəzi Nəbatat bağının 70 min manat su borcu var

29
Noy
13:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mərkəzi Nəbatat Bağının “Azərsu”ya 70 min manat borcu olduğu üzə çıxıb”.

APA xəbər verir ki, bunu AMEA Prezidenti İsa Həbibbəyli deyib.

O bildirib ki, bu məsələni araşdıracaq:

“AMEA bütün kommunal borcları ödəyir. Nə üçün indi belə bir borc ortaya çıxır? Bunu Botanika İnstitutundan öyrənməlidirlər”.

Qeyd edək ki, Nəbatat Bağı əvvəllər AMEA-nın tərkibində olsa da, daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.