Bu gün Bakının iki rayonunda su kəsiləcək.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, Səməd Vurğun küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 29 noyabr saat 22:00-dan 30 noyabr saat 08:00-a qədər Nəsimi və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.