Qırğızıstan günəbaxandan utanıb Günəşi seçdi - FOTO

30
Noy
08:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Joqorku Keneş (Qırğızıstan parlamenti) ölkə bayrağının dəyişdirilməsi ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

Bu barədə Parlamentin mətbuat xidmətindən bildirilib.

Qanun layihəsinə əsasən, bayraqdakı Günəşin şüalarının dalğavari formasının düz formaya dəyişdirilməsi təklif edilir.

Qanun layihəsinin təşəbbüskarları bildiriblər ki, bir çox insanlar belə şüaları günəbaxanlarla əlaqələndirirlər. Halbuki bu bitki Qırğızıstanın əsas kənd təsərrüfatı məhsulu da deyil.

Deputatların fikrincə, düz şüalar Günəş şüalarına daha çox bənzəyir.

Mənbə: Lenta.ru