İsrail fələstinli girovlardan ibarət altıncı qrupu azad edib - FOTO

30
Noy
12:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail hökuməti HƏMAS hərəkatı ilə razılıq əsasında girovların altıncı qrupunu azad edib.

Məlumata görə, müvəqqəti atəşkəs razılaşması çərçivəsində İsrail hökuməti tərəfindən buraxılmış 30 fələstinli girovun olduğu avtobus Qırmızı Xaç Cəmiyyətinin tibbi qruplarının müşayiəti ilə “Ofer” həbsxanasından çıxıb.

Bundan əvvəl Qəzza zolağında HƏMAS-ın saxladığı israilli girovların altıncı dəstəsinin azad edilməsi barədə məlumat yayılıb. 14 nəfərlik qrup sağ-salamat İsrailə çatıb, burada onları hərbçilər və kəşfiyyatçılar qarşılayıb.

Mənbə: Al Jazeera