Azərbaycan və Ermənistan xarici işlər nazirləri Skopyedə görüşəcəklər?

30
Noy
13:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü nəzərdə tutulmayıb.

Bu barədə TASS-a Ermənistan XİN-in Mətbuat Xidmətindən məlumat verilib.

“ATƏT nazirlərinin Skopye forumu çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır”, - deyə məlumatda bildirilib.