AQTA sahibkarlara müraciət edib

30
Noy
16:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin qurulmasının təmin edilməsi ilə bağlı sahibkarlara müraciət ünvanlayıb. 

AQTA bildirir ki, müvafiq qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. Həmçinin qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində müvafiq sistemə əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdır. Eləcə də obyektlərdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı HACCP-a əsaslanan daxili nəzarət sistemləri tətbiq olunmalıdır. 

Qeyd edək ki, HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən olunması, qiymətləndirilməsi və onlara nəzarət edilməsi sistemidir. Bu sistemə əsaslanan prosedurlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunur.