Fransada hər üç dəqiqədə bir uşaq cinsi zorakılığın qurbanı olur

2
Dek
02:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada hər il 160 min uşaq cinsi zorakılığın qurbanı olur.

Bunu ölkədəki Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə İdarənin rəhbəri Qabriel Hazan RTL TV-yə açıqlamasında deyib.

“Fransada uşaq cinayəti məzmununun onlayn paylaşılması ilə bağlı gündə 700 məlumat alırıq. Ölkədə hər il 160 min uşaq cinsi zorakılığın qurbanı olur - hər üç dəqiqədə bir uşaq”, - Hazan bildirib.

O, vətəndaşları ayıq olmağa və uşaqlara qarşı zorakılıq halları barədə operativ məlumat verməyə çağırıb.

“Hər gün 440-a yaxın uşaq və yeniyetmə cinsi zorakılığın qurbanına çevrilir. Onlardan yalnız 50-yə yaxını barədə təhlükəsizlik orqanlarına məlumat verilir”, - qurum rəhbəri qeyd edib.