Xose Antonio Vidal: “Azərbaycan şərab mədəniyyətinin pərəstişkarlarını cəlb edəcək yerdir”

2
Dek
17:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün Qlobal Şərab Turizmi Təşkilatının (GWTO) xəritəsində ekspertləri və şərab mədəniyyətinin pərəstişkarlarını cəlb edəcək daha bir yer var - Azərbaycan”.

seher.media xəbər verir ki, bu fikirləri GWTO-nun prezidenti Xose Antonio Vidal Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı  ilə “Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bölgənin zəngin tarixi, yerli torpaq ərazilərinin xüsusiyyəti və burada istehsal olunan şərabların orijinallığı bütün dünyadan turistlərin cəlb edilməsini dəstəkləyəcək:

“İqtisadi inkişafa töhfə verəcək və ölkənin turizm potensialının daha da artırılmasına kömək edəcək uğurun tərkib hissəsidir”.

Könül Cəfərli