Humanitar yardım aparan yük maşınları “Rəfah” keçid məntəqəsindən keçib

2
Dek
23:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzza zolağında atəşkəsin pozulmasından sonra ilk humanitar yük maşınları Misirlə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsindən keçib.

Bu barədə Misir Təhlükəsizlik Xidməti xəbər yayıb.

Məlumata görə, iki yanacaqdaşıyan və 50 humanitar yükdaşıyan maşın sərhədi Misir tərəfdən keçərək yoxlama üçün növbəti keçid məntəqəsinə yollanıb.

Mənbə: TASS