Dekabrın 2-də saat 23:45 radələrində Nizami rayonu Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Rasim Fəxrəddin oğlu Zamanovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Ailə üzvlərindən alınan məlumata görə, qətli R.Zamanovun yeznəsi törədib.
Bildirilib ki, mübahisə mülk üstündə yaranıb.