Borrel Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb: “Bu mühüm siyasi addımdır” - FOTO

8
Dek
00:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş alqışlayıb və bunu mühüm siyasi addım adlandırıb.

Bu barədə İttifaqın baş diplomatı sosial şəbəkədə yazıb.

“Aİ Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır, bu mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, - o qeyd edib.