Almaniyada “yeni era” “böhran rejimi” ilə əvəzləndi

9
Dek
06:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada 2023-cü ilin sözü “böhran rejimi” mənasını verən “Krisenmodus” olub.

Bu barədə Alman Dili Cəmiyyəti bəyan edib.

Təşkilat ilin sözlərinin reytinqinə dair hesabatında qeyd edir ki, cəmiyyət böhranlar, qeyri-müəyyənlik, qorxu və insanların gündəlik həyatını xarakterizə edən bir çox neqativ emosiyalarla əhatə olunub.

“Siyahı reallığı əks etdirir və reallıq hazırda olduqca acınacaqlıdır”,  - deyə Alman Dili Cəmiyyətindən bildirilib.

Maraqlıdır ki, Almaniyada keçən ilin əsas sözü “yeni dövrün gəlişi” kimi tərcümə olunan “Zeitenwende” idi.

Mənbə: Der Spiegel