Baş Prokurorluqda YENİ TƏYİNAT

17
Sen
15:35
thumb_down 0

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyinat olub.

seher.media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Kamran Əliyevin müvafiq əmrinə əsasən, Talıb Cəfərov həmin vəzifəyə təyin edilib.

Vurğulanıb ki, bu təyinata qədər o, Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.