Neftçalada şəhid ailəsinin evindən soyğunçuluq edən şəxs saxlanılıb

9
Dek
09:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da axşam saatlarında rayonun Bankə qəsəbəsi ərazisində yerləşən şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq ev sahibinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs - rayonun Mirzəqurbanlı kənd sakini Aqil Sadıqov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Sadıqov qeyd edilən əməli törətdiyi gün qəsəbədə yaşayan qohumlarının evinə qonaq gəlib. Qonşuluqda yerləşən şəhid ailəsinə məxsus olan evdə ev sahibinin yaşlı qadın olmasından və tək yaşamaşından istifadə edən Aqil Sadıqov axşam saatlarında zərərçəkənin evinə qanunsuz daxil olub, ona hədə-qorxu gələrək 800 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirib.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.