Beş yaşlı Eminin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə seher.media-a onun anası Xatirə Əliyeva məlumat verib.
O bildirib ki, övladı anadangəlmə görmə məhdudiyyətlidir.
“Eminin 5 yaşı var. Göz almasının degenerativ vəziyyəti xəstəliyindən əziyyət çəkir. İki gözü də görmür. İllərdir müalicələr etdirsək də, demək olar ki, heç bir irəliləyiş qeydə alınmayıb. Onun görməsinin bir az da olsa düzəlməsi üçün Ufa (Rusiya) şəhərinə yola düşməliyik. Bunun üçün isə 8 000 manata ehtiyacımız var. Həmin məbləğin 5 000 manatını sizin saytın izləyicilərinin dəstəyi ilə toplaya bilsək də, hazırda 3 000 manatımız yenə də çatmır”.
Xatirə Əliyeva yardımsevər şəxsləri övladına dəstək olmağa çağırıb.
“Bu əməliyyatla övladımın görməsi 100% düzəlməyəcək. Həkimlərin dediyinə görə, əməliyyatdan sonra onun gözləri 20-25% görə biləcək. İnanın, bu rəqəm az görünsə də, mənim üçün çox böyük xoşbəxtlikdir. Mənim övladım doğulandan dünya işığına həsrətdir, mən olmasam gəzə, ilkin ehtiyaclarını qarşılaya bilmir. Bir övladın kiməsə belə möhtac olması ana üçün dözülməz ağrıdır. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını, bu çətin zamanda yanımızda olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 655-42-34.