Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Belə ki, dekabrın 11-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimal olunur.