Naxçıvan şəhərində dəm qazından iki nəfər zəhərlənib.
APA xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhər Qaraxanbəyli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri 2001-ci il təvəllüdlü Fəridə Ramin qızı Ələkbərova və övladı 2022-ci il təvəllüdlü Fuad Toğrul oğlu Ələkbərov mətbəxdə olan suqızdırıcı avadanlığın nasaz olması nəticəsində dəm qazından zəhərləniblər.
F.Ələkbərova Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, F.Ələkbərov isə Əziz Əliyev adına Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.