Xudat şəhərində bədbəxt hadisə baş verib.
“Report”un məlumatına görə, hadisə “Malikanə” adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1976-cı il təvəllüdlü İlqar Balaşah oğlu Ağalarov sipirtli içkinin təsiri altında kanalizasiya üçün qazılmış quyuya düşərək boğulub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.