Bakıda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Təbriz və Pərviz Rəhmanov qardaşlarının son məhkəməsi keçirilib.
“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, hər iki qardaş 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Eldar Həmzə isə təqsirləndirilən şəxslərin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.