Hadija Labib: “Belçika Azərbaycanla Ermənistan arasında sülh səylərini qətiyyətlə dəstəkləyir” - FOTO

11
Dek
22:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanlı həmkarımla danışmaqdan məmnunam. Belçika Ermənistanla sülh və hərtərəfli nizamlanma səylərini qətiyyətlə dəstəkləyir, regionda sabitliyə töhfə verir”.

Bu fikirləri Belçikanın xarici işlər naziri Hadija Labib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə “X” hesabındakı paylaşımında bildirib.

Görüşdə, həmçinin Aİ-Azərbaycan münasibətləri və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunub.