Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - FOTO

11
Dek
22:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yunanıstanlı həmkarı George Gerapetritislə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında paylaşım edib.

Baş diplomatlar Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində bir araya gəliblər.

Tərəflər iqtisadiyyat, enerji təhlükəsizliyi və regional vəziyyətdə əməkdaşlığa dair qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.