Azərbaycanda müğənnilərin Yeni illə bağlı tədbirlərdə iştirak üçün tələb etdikləri məvacib bəlli olub.
Baku.ws-in məlumatına görə, ifaçıların yarım saatlıq çıxış qiymətləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məlum olub ki, ən yüksək qonorar yarım saatı 50 min manat olmaqla Xalq artistləri Röya Ayxan və Aygün Kazımovaya məxsusdur.
Sonrakı yerləri isə bu qiymətlərlə adları aşağıda sadalanan müğənnilər tuturlar:
Eyyub Yaqubov - 20 min manat
Zülfiyyə Xanbabayeva - 15 min manat
Faiq Ağayev - 15 min manat
Abbas Bağırov - 15 min manat
Natavan Həbibi - 10 min manat
Çingiz Mustafayev - 10 min manat
Günay İbrahimli - 10 min manat
Murad Arif - 10 min manat
Samirə Əfəndi - 10 min manat
Miri Yusif - 10 min manat
Samir Bağırov - 7 min manat