Bakının Nizami rayonunda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Sadiqə Cəmil qızı Səmədova xəsarət alıb.
Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.