Appendisit şübhəsilə xəstəxanaya daxil olan şəxsin nadir hallarda akşarlanan xəstəliyə tutulduğu üzə çıxıb.
Xezerxeber.az-ın məlumatına görə, həmin pasiyent el arasında “vampir” kimi bilinən “porfiriya”ya yoluxub.
Həkimlərin fikrincə, bu xəstəlik il ərzində dünyada 10 milyonda bir nəfərdə aşkarlanır.
Söhbət Gəncədə yaşayan 19 yaşlı qızdan gedir. O, özəl klinikaların birində həkim işləyən Cavanşir Ağayevin pasiyenti olub. Həkim deyib ki, bu xəstəliyin diaqnozunu qoymaq çətindir.
Onun sözlərinə görə, “porfiriya” xəstələrində günəş şüalarının təsirindən dəridə suluqlar, yaralar əmələ gəlir. Yaralar sağalanda yerində çapıqlar qalır.
C.Ağayevin sözlərinə görə, hazırda xəstənin vəziyyəti yaxşıdır və o evə buraxılıb.
Bu xəstəliyin aşkar edildiyi insanlar bir il ərzində nəzarətdə saxlanmalıdırlar. Həmin müddətdən sonra isə xəstə tam sağalmış hesab olunur.
Ətraflı süjetdə: