Azərbaycanın Belçikadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTO

12
Dek
11:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Belçika Krallığında yerləşən səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20 illiyi yad edilib.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özünün “X” səhifəsində paylaşım edib.

“Belçika Krallığına işgüzar səfərimiz çərçivəsində səfirliyimizdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyduq, ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad etdik! Allah rəhmət eləsin!” - Azərbaycanın XİN başçısı yazıb.