Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yeni prezidenti seçilib

12
Dek
13:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı Keyt Forbs Beynəlxalq Qızıl Xaç (BQXC) və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yeni prezidenti seçilib.

Bu barədə qurumun rəsmi saytında xəbər verilib.

Bildirilir ki, Forbs bu vəzifəni tutan ikinci qadın olub.

“Onun rəhbərliyinin əsas diqqət mərkəzində iqlim dəyişikliyi və miqrasiya ilə bağlı aktual problemlərin həlli olacaq. Yerli həllər və icmanın səlahiyyətlərinin artırılması onun gündəmində birinci yerdədir”, - deyə xəbərdə qeyd olunub.

Forbs 40 ildən artıqdır ki, BQXC şəbəkəsində işləyir. O, öz fəaliyyətinə könüllü kimi başlayıb, lakin Amerika Qızıl Xaç Cəmiyyətinin Direktorlar Şurasının sədr müavini və Milli Könüllülər Şurasının sədri vəzifəsinə kimi yüksələ bilib.

Forbs son illərdə qurumda Təftiş Komissiyasının sədri işləyib.

Mənbə: İz.ru