Polşa polisi Ukrayna ilə sərhəddə etirazçılara qarşı güc tətbiq etdi - FOTO/VİDEO

12
Dek
14:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşa hüquq-mühafizə orqanları Ukrayna ilə sərhəddə etiraz aksiyası keçirən və Doroxusk nəzarət-buraxılış məntəqəsini yenidən bağlamaq istəyən yük maşınlarının sürücülərinə qarşı güc tətbiq edib.

Bu barədə polşalı siyasətçi Rafal Mekler özünün “X” hesabında paylaşım edib.

Siyasətçinin öz hesabında paylaşdığı videoda Polşa polisinin etirazçıları yolun hərəkət hissəsindən sıxışdırdığını əks etdirən görüntülər yer alıb. Bundan sonra hüquq-mühafizə orqanları iğtişaşların qarşısını almaq üçün qalxanlar vasitəsilə kordon yaradıblar.

“Yük maşınlarının sürücüləri yol keçidini bağlamaq istədilər, buna görə də polis qalxanlardan kordon yaratdı”, - deyə Rafal Mekler qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Polşa Doroxusk kommunasının rəhbəri Voyçex Sava sərhəddə daşıyıcıların etirazına son qoymaq qərarına gəldiyini açıqlayıb.