Rusiya XİN: “İlin sonunadək sülh müqaviləsinin imzalanması şansı var”

12
Dek
21:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamaq şansı həmişə var”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı keçirilmiş qəbulda deyib.

“Amma Ermənistan və Azərbaycanın bundan istifadə edib-etməyəcəyini bilmirəm”, - o əlavə edib.

Bununla yanaşı, Qaluzin Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşünün perspektivlərini şərh etməkdən yayınıb.

“Diplomat kimi mən hələ də proqnoz verməkdən çəkinməyə üstünlük verərdim”, - o söyləyib.

Mənbə: TASS