Bakıda avtomobildə ürəyi tutub ölən sürücü qəza törədib

13
Dek
02:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Maştağa-Kürdəxanı şosesində qeydə alınıb.

1971-ci il təvəllüdlü Abbas İsrail oğlu Həsənov idarə etdiyi “VAZ-2107” markalı maşını işıq dirəyinə çırpıb.

Avtomobilə yüngül zərər dəyib. Sürücü isə sükan arxasında ölü aşkarlanıb.

Əraziyə cəlb olunan Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün meyidini müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon şöbəsinə təhvil verib.

Ekspertlər müəyyən edib ki, sürücü qəza keçirmədən öncə infarkt keçirərək ölüb.

Fakt araşdırılır.