Türkiyədə məsciddə ayaqqabı oğurluğu müşahidə kameralarına düşdü - VİDEO

13
Dek
04:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Tekirdağ vilayətinin Muratlı rayonundakı məsciddə baş verən ayaqqabı oğurluğu anbaan təhlükəsizlik kamerasına düşüb.

Yeni Fatih məscidinin müşahidə kameralarına düşən görüntülərdə kapüşonlu gödəkçədə olan oğlanın ayaqqabıları oğurlayaraq ibadət evini tərk etdiyi əks olunub.

Artıq hadisəsini törədən şəxsin kimliyi məlum olub, polis onun axtarışına başlayıb.

Mənbə: İHA