Füzuli sakini: “Hər kəs deyir ki, bu köhnə qab-qacağı özünlə niyə götürürsən?”

13
Dek
06:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Füzulidən çıxanda götürdüyüm əşyaları indi özümlə doğma yurduma aparıram”.

Bunu seher.media-a açıqlamasında bu gün Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Şücaət Əliyeva deyib.

O qeyd edib ki, artıq səhəri öz doğma şəhərində açacağı üçün çox xoşbəxtdir:

“Artıq sabahı öz doğma yurdumda - Füzulimdə açacağam. Çox sevincliyəm, çox xoşbəxtəm. Füzulidən çıxanda götürdüyüm əşyaları indi qaytarıb doğma yurda aparıram. Hər kəs deyir ki, bu köhnə qab-qacağı özünlə niyə götürürsən? Amma onlar başa düşmürlər ki, bu, mənim üçün necə əvəzolunmaz hissdir.

Dövlətimiz övladlarımı gözəl evlə, şəraitlə təmin edib. Bir mən qalmışdım Əhmədlidə kirayədə, artıq dövlət doğma yurdumda məni də evlə təmin etdi. Bu günü yaşadığımız üçün Ali Baş Komandana, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün Füzuli şəhərinə daha 25 ailə (112 nəfər) köçürülür.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində  358 ailənin, yəni 1 298 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova