“Oğluma güclə deyirəm ki, xahiş edirəm, yanımda ol və s. Bəlkə də yaşadığı və gördüyü mühit, oxuduğu yer onu məndən bir az ayırır, amma bir gün bütün əziyyətlərimi anlayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan televiziya verilişlərindən birində deyib.
Müğənninin sözlərinə görə, oğlu Hüseynin qulaq asdığı mahnılar da başqadır:
“Məni dinləyib-dinləmədiyini bilmirəm. Hər il bir mahnı deyir, başa düşmürəm. Məncə, o məni aldadır. O məni sadəcə ana kimi sevir”.