Türkiyənin ədliyyə naziri Milli Məclisin nümayəndə heyətini qəbul edib

13
Dek
16:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyətini qəbul edib.

seher.media-ın məlumatına görə, bu barədə türkiyəli nazir özünün “X” sosial şəbəkə hesabından xəbər verib.

O, bu ölkədə səfərdə olan Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və Dostluq Qrupunun üzvləri ilə görüşdüyünü bildirib, onlarla ölkələr arasında ədliyyə sahəsində əməkdaşlıq başda olmaqla, hər sahədə həyata keçirilən birgə işi dəyərləndirdiklərini vurğulayıb.

“Sevincimizdə, kədərimizdə birlikdə və bərabər olduğumuz dost və qardaş ölkə Azərbaycanla keçmişdən gələn möhkəm əlaqələrimizi, əməkdaşlığımızı “Bir millət iki dövlət” şüarı ilə bundan sonra da gücləndirəcəyik”, - deyə Y.Tunç sözlərini yekunlaşdırıb.