Yəmən Silahlı Qüvvələri sözçüsündən İsrail limanlarına gedən gəmilərlə bağlı xəbərdarlıq: “Çəkinməyəcəyik”

13
Dek
16:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İsrail limanlarına gedən gəmilərin qarşısını almağa davam edəcəyik”.

Bu sözləri Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sari Norveç bayraqlı “Astrinda” gəmisinə edilən hücumla bağlı açıqlama verdiyi zaman deyib.

Yəhya Sari Yəmən Silahlı Qüvvələrinin İsrail limanlarına gedən gəmilərə müdaxilə edəcəyini bildirib.

“Yəmən Silahlı Qüvvələrinin dəniz qüvvələri neftlə yüklənmiş və İsrailə gedən Norveçin “Astrinda” gəmisinə qarşı hərbi əməliyyat keçirib. Gəmi dəniz raketi ilə hədəfə alınıb. Yəmən Silahlı Qüvvələri əvvəlki bəyanatlarda göstərilən şərtləri pozan hər hansı gəmini hədəfə almaqdan çəkinməyəcək. Yəmən Silahlı Qüvvələri İsrail limanlarına gedən bütün ölkələrə aid gəmilərin bloklanacağını təsdiqləyir”, - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığının verdiyi açıqlamada bildirilib ki, “Astrinda” adlı neft tankeri Bab əl-Məndəb boğazından keçərkən gəmi əleyhinə qanadlı raket hücumuna məruz qalıb və raketin Yəmənin “Husi”lərin nəzarətində olan bölgəsindən atıldığı güman edilir. Hadisənin yanğına səbəb olduğu, lakin ölənlərin olmadığı qeyd edilib.

Mənbə: Haber Global