Bu il “TikTok” istifadə qaydalarının pozulmasına görə Azərbaycandan yerləşdirilmiş 760 min videonu platformasından silib.
seher.media xəbər verir ki, bunu jurnalistlərlə görüşdə “TikTok”un əməliyyatlar departamentinin rəhbəri Yekaterina Blinets bildirib.
Bundan başqa, o deyib ki, bu il təmsil etdiyi şirkətin dəstəyi ilə Azərbaycan və Özbəkistandan olan 32 startapın fəaliyyətinə dəstək verilib:
“Bu layihədə “TikTok”un Azərbaycandan olan tərəfdaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir”.
Nəzrin Vahid