İranda etirazlara dəstək verdiyi üçün dindirilən gənc professor istefa verib - FOTO

13
Dek
21:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Şərif Universitetinin ən gənc fizika üzrə professoru, kvant materialları üzrə mütəxəssis və İran Fizika Dərnəyinin İdarə Heyətinin üzvü Seyid Əkbər Cəfəri istefa verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, ötən il baş verən etirazlarda tələbələrə dəstək verdiyi üçün çağırılıb dindirilən Seyid Əkbər Cəfəri universitetin akademik heyətinin üzvlərinə məktub göndərərək istefa verdiyini bildirib.