Xalq artisti Ramiz Məlik vəfat etdi

14
Dek
08:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti, tanınmış aktyor Ramiz Məlik vəfat edib.

Onun ölümü ilə bağlı yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Bildirilib ki, Xalq artisti səhər saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, 79 yaşlı Xalq artisti uzun illərdir ki, Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.

Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub.