Paytaxtda sıxlıq müşahidə edilən yollar - SİYAHI

14
Dek
09:00
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;

7. Heydər Əliyev prospekti mərkəz istiqamətində;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

12. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

13. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.