2011-ci il təvəllüdlü Zülfiyyə Nicat qızı Rüstəmli ağır yanıq xəsarətləri alıb.
Bu barədə seher.media-a onun anası Şamama Rüstəmova məlumat verib.
O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:
“Biz Ağdamda yaşayırıq. Hadisə mayın 15-də baş verib. Belə ki, süfrədəki içi qaynar su dolu çaydan qızım Zülfiyyənin üzərinə dağılıb. Qızım bir neçə müddət Ağdamda müalicə alsa da, xeyri olmadı. Onu Bakıya gətirmək məcburiyyətində qaldıq. Qızım Bakıdakı xəstəxanalardan birində müalicə aldı. 15 gün reanimasiyada qalan Zülfiyyə bir dəfə əməliyyat olundu. Maddi imkanımız olmadığı üçün tanıdığımız insanlardan borc alıb qızımın əməliyyat və müalicə xərclərini ödədik. Hazırda çox çətin vəziyyətdəyik. Övladımın müalicəsini davam etdirmək üçün imkanımız yoxdur. Müalicə üçün hazırda 1 000 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (050) 899-29-97.