Hakan Fidan: “Son səsvermədə 153 ölkə Qəzzada atəşkəsi dəstəkləyib”

14
Dek
15:36
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BMT Baş Assambleyasında Qəzzada atəşkəslə bağlı son səsvermədə 153 ölkə Qəzzada atəşkəsi dəstəkləyib”.

seher.media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, münaqişənin əvvəlində bitərəf qalan bir çox ölkə də sonradan fikrini dəyişərək Fələstinin yanında yer alıb:

“ABŞ-nin isə artıq BMT-də Qəzza ilə bağlı qərarların qarşısında yer almamağını istəyirik. Fələstinlilərə qarşı zülm sona çatmalıdır”.

Aysel Aslan