Bakının bir hissəsində qaz təchizatının dayandırılması plandaşdırılır.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.
Bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən “1 Saylı QNAS Qaraçuxur” magistral qaz kəmərində kranın quraşdırılması zəruriyyəti ilə əlaqədar 15 dekabr 2023-cü il tarixində saat 09:00-dan işlər başa çatanadək “Qaraçuxur əhali” ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır.
“Təmir işləri aparılan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsinin, MİDA yaşayış kompleksinin, həmçinin Bahar, Zığ Bağları, Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - deyə məlumatda qeyd olunub.