Ağdaş şəhərində bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Türyançay qəsəbəsində olub.
Belə ki, fərdi yaşayış evində “İran sobası”nda partlayış baş verib.
Nəticədə 1983-cü il təvəllüdlü Əşrəf Firidun oğlu Məmmədov bütün bədənin termiki yanıq diaqnozu ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.