Zabux sakini: “Xatirələrimə, uşaqlığıma qovuşmağa gedirəm”

15
Dek
07:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zabuxdan çıxanda səkkiz yaşım var idi, oralar hamısı mənim uşaqlıq xatirələrimdir, xatirələrimə, uşaqlığıma qovuşmağa gedirəm”.

Bu sözləri seher.media-a açıqlamasında bu gün Zabux kəndinə köç edən keçmiş məcburi köçkün Emin Cəfərov deyib.

O, fürsətdən istifadə edərək öz təşəkkürünü də bildirib:

“Mən Ali Baş Komandanımıza təşəkkür edirəm, 44 günlük Vətən müharibəsində iştirak edən hərbçilərimizə, qazilərimizə təşəkkür edirəm. Bu gün azad olunan ərazilərin yenidən qurulmasında əziyyəti olan hər kəsə təşəkkür edirəm. Şəhid analarımızın qarşısında baş əyir, onlara təşəkkür edirəm. Bizi doğma torpaqlarımıza qovuşdurdular. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.

Xatırladaq ki, bu gün növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə yola salınıb. Bugünkü köç edənlər də nəzərə alınmaqla ümumilikdə Zabux kəndinə 146 ailə (568 nəfər) köçürülüb.

Aytac Qasımova