Anasının çörək bişirmək üçün evdə tək qoyub getdiyi körpə yatdığı yerdə yanaraq öldü

16
Sen
22:00
thumb_down 0

Goranboyda 6 aylıq körpənin yanaraq ölməsinin təfərrüatı məlum olub.

Veyisli kəndində 1998-ci il təvəllüdlü Vüsalə Mamedova azyaşlı uşaqlarını qonşusunun evində nəzarətsiz qoyub.

Onun anası yanğın olan evdə çörək bişirirmiş.

Bu zaman qadının böyük oğlunun (azyaşlıdır) kibritlə ehtiyatsız davranması nəticəsində evin mətbəxində yanğın baş verib. Bu zaman 6 aylıq körpə ağır yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq ölüb.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Anasının çörək bişirmək üçün evdə tək qoyub getdiyi körpə yatdığı yerdə yanaraq öldü

Anasının çörək bişirmək üçün evdə tək qoyub getdiyi körpə yatdığı yerdə yanaraq öldü

Goranboyda evdə dünən baş vermiş yanğın zamanı ağır xəsarət alan körpə ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy rayon Veyisli kəndində baş vermiş yanğın nəticəsində ağır yanıq xəsarətləri alan 6 aylıq O.Mammedov göstərilən tibbi yardımlara baxmayaraq, ölüb.

Faktla bağlı araşdırma aparılır.