Binəqədidə ev yanıb: Üç yanğınsöndürən avtomobili cəlb edilib

15
Dek
21:54
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Binəqədi rayonunda 1969-cu il təvəllüdlü Yəhyahev Yəhya Qeybulla oğluna məxsus birmərtəbəli fərdi yaşayış evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın Binəqədi qəsəbəsi, ikinci mədən adlanan ərazidə qeydə alınıb.

Məlumatla əlaqədar, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin üç yanğınsöndürən avtomobili cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yaxınlıqdakı evlər yanğından mühafizə edilib.