Sumqayıtda tikinti materialları bazarında obyekt yanıb

15
Dek
23:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində tikinti materialları bazarının ərazisində ümumi sahəsi 120 m² olan birmərtəbəli, üç otaqlı obyektin iki otağının dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, obyektin qalan hissəsi, yaxınlıqda yığılan taxta materialları və digər obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.