Sabirabadda “Mercedes”lə “Niva”nın toqquşdu: Xəsarət alanlar var

16
Dek
00:18
thumb_down 0
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Məmişlər kəndi ərazisində qeydə alınıb.

“Mercedes-Benz” markalı avtomobil “Niva” markalı minik maşını ilə toqquşub.

Qəza zamanı xəsarət alan üç nəfər - Elmar Mirzəyev, Günel Əliyeva və Rəsul  Muradov Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.